"Milan" "Lill"in futbolçusu Renato Sançesi heyətinə qatmağı planlayır.
Offsideplus.az xəbər verir ki, "rossonyerilər" 24 yaşlı yarımmüdafiəçini növbəti mövsüm üçün transfer etməyi düşünür.
Portuqaliyalı futbolçunun Liqa 1 təmsilçisi ilə sözləşməsi 2023-cü ildə yekunlaşır.
Qeyd edək ki, Sançes bu mövsüm "Lill"in heyətində16 matçda 1 qol və 1 məhsuldar ötürmə edib.