Xəbər verdiyimiz kimi, bu gün AFFA-nın Icraiyyə Komitəsinin iclasından sonra millimizin baş məşqçisi Canni de Byazi ilə yola davam edildi.

Mövzuyla bağlı Azərbaycanın tanınmış futbol mütəxəssisi Yunis Hüseynova müraciət etdik.

O, Offsideplus.az-a açıqlamasında AFFA-nın De Byazinin yığmamızın "sükanı arxası"nda qalması haqda qərarını dəstəklədiyini bildirib:

"Mən həmişə deyirdim ki, De Byazi qalsa, daha yaxşı olar. Az-çox yığmanı tanıyır. AFFA-da yerli mütəxəssislərə inam yoxdur. Həm də hazırkı məşqçinin maaşı da azaldılıb. Hər gün mətbuatda oxuyuram ki, yerli çalışdırıcı gəlsin yığmaya. Amma başa düşmürük ki, bizimki də gəlsə, xeyiri olmayacaq. Futbolumuz uçuruma gedir. Bu səbəbin kökünü tapmalıyıq".

Cavid Əliyev