"Neftçi" klubunun Sloveniya toplanışı çərçivəsində Moskva "Spartak"ına qarşı yoxlama oyununun başlama saatı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, iyunun 29-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, "Neftçi" iyunun 18-də təlim-məşq toplanışı üçün yollanacağı Sloveniyada 3 yoxlama görüşü keçirəcək. "Flaqman" "Spartak"la yanaşı, iyunun 21-i Sloveniyanın “Olimpiya” (Lyublyana)ilə üz-üzə gələcək. Ayın 25-dəki rəqib isə hələ müəyyənləşməyib.