Qadınlardan ibarət ABŞ millisinin kapitanı Meqan Rapino ölkə prezidenti və ABŞ Palatasının nümayəndələri qarşısında danışıb. 

Offsideplus.az xəbər verir ki, qadın idmançı ölkə prezidenti Co Baydenin qarşısındakı çıxışı zamanı kişilərdən çox uğur əldə etdikləri halda onlardan az qazandıqlarını deyərək üsyan edib: "Gender bərabərsizliyini ortaya çıxaran heç bir status,uğur və güc vahidi yoxdur. ABŞ-ın qadınlardan ibarət futbol yığması 4 dəfə dünya çempionu olub, 4 dəfə Olimpiadanı qazanıb. Stadionları doldurduq, rekord sayda izləyici kütləsi qazandıq, saysız-hesabsız futbolkalarımız satıldı - bütün bunlar məşhurluğumuzun göstəricisidir.

Bütün bunlara baxmayaraq, kişi həmkarlarımızla müqayisədə çox-çox az qazanırıq. Hər qələbə, heç-heçə, uğur, titul zamanı kişilər bizdən çox pul alır. Bu gün biz, yəni üzdə olan idmançılara qarşı bu cür münasibət bəslənirsə, görün digər qadınlar hansı əzabları çəkir. 

Stadionların dolmasını istəyirdiniz? Doldurduq! Millinin beynəlxalq arenalarda uğur qazanmasını istəyirdiniz? Uğurları qazandıq! ABŞI-ı layiqincə təmsil etməyimiz arzulayırdınız? Onu da etdik! Belədə biz niyə kişilərdən az qazanmalıyıq?"

Qeyd edək ki, Rapino həm də şəxsi həyatı ilə məşhurdur. Belə ki, dünyanın ən yaxşı futbolçusu basketbolçu qadın Syu Berdlə eşq yaşayır, hətta evləndikləri deyilir.