Futbol üzrə Belarus çempionatında bu gün keçirilməsi planlaşdırılan “Qomel” - “Arsenal” oyunu təxirə salınıb.
Offsideplus.az xəbər verir ki, qonaq komandanın futbolçularının birində koronavirus şübhəsinin yaranması səbəbindən matç təxirə salınıb.
Qeyd edək ki, Belarus çempionatında hazırda 8-ci turun oyunları keçirilir.