Futbol üzrə Belarus kubokunda finalçıların adına aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, yarımfinalın cavab matçlarında ilk olaraq “Şaxtyor” "Dinamo"nu qəbul edib. Brest təmsilçisi səfərdə 2:4 hesablı məğlubiyyətə baxmayaraq, evdəki ilk görüşdə 2:0 hesablı qələbə sayəsində həlledici mərhələyə yüksəlib.

Digər oyunda BATE "Slaviya"ya 2:0 hesabı ilə qalib gələrək finala vəsiqə əldə edib.