Yığma komandamızın futbolçusu Riçard Almeydanın şərəfini qoruduğu Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubu "Prezident kuboku"nun 1/4 final mərhələsi oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, komanda "Şabab Əl-Əhli" ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Oyunda yeganə qolu 45+2-ci dəqiqədə Almeyda penalti zərbəsindən vurub. Bu, onun yeni klubunda ilk qolu olub
Bu qələbə ilə braziliyalı futbolçunun klubu "Baniyas" yarımfinala yüksəlib.