"Qarabağ" bu gün Çempionlar Liqasının Liqa mərhələsində 2-ci oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi "Kopenhagen"i qəbul edib.

"Qarabağ" hər hissədə vurduğu bir qolla Danimarka klubunu məğlubiyyətə uğradıb.

Beləliklə, Qurban Qurbanovun yetirmələri iki turdan sonra 6 xala malikdir. Onlardan başqa bunu yalnız 3 komanda bacarıb - "Bayern Münhen", "Real Madrid" və "İnter".

"Köhlən atlar" 3-cü turda İspaniyaya yollanacaq. Onların rəqibi Bilbao "Atletik"i olacaq.

Çempionlar Liqası, Liqa mərhələsi II tur

1 oktyabr (çərşənbə)

20:45. “Qarabağ” 2:0 “Kopenhagen” 

Qollar: Abdullah Zubir (28'), Emmanuel Addai (83')

Hakimlər: Serdar Gözübüyük, Ervin Zeynstra, Patrik İnya (Niderland)

Bakı.Tofiq Bəhramov adına Respublika stadionu

"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Kevin Medina, 2. Mateus Silva, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 17. Kamilo Duran
Baş məşqçi: Qurban Qurbanov

"Kopenhagen": 1. Dominik Kotarski, 5. Qabriel Pereyra, 6. Pantelis Hatzidiakos, 9. Yussufa Mukoko, 10. Məhəmməd  Elyunussi, 11. Cordan Larsson, 12. Lukas Lerager, 13. Rodriqo Hueskas, 15. Markos Lopes, 16. Robert, 27. Tomas Delaney (k)
Baş məşqçi: Yakob Neestrup