Oktyabrın 1-də, Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ" "Kopenhagen"i qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça artıq 27 min 500 bilet satılıb.

Dünən satışa çıxarılan biletlərin 90 faizi artıq bitib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub qeyd edib ki, hazırda biletlər məhdud sayda qalıb.  Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.