"Napoli" klubu Çempionlar Liqası üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Offsideplus.az xəbər verir ki, Romelu Lukaku siyahıda yer almayıb. O, zədəsinə görə komandasına kömək edə bilməyəcək.

Belçikalı hücumçunun yerinə yeni transfer Rasmus Hoylund daxil edilib.

Qeyd edək ki, "Napoli" təmsilçimiz "Qarabağ"ın rəqiblərindən biridir. Tərəflər arasındakı matç noyabrın 25-də, İtaliyada baş tutacaq.