UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"a qarşı cavab oyunundan öncə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və Bəhlul Mustafazadə mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, 53 yaşlı mütəxəssis bu sözləri deyib:
"Oyuna gəldikdə, hamı bilir ki, bu oyun bizim üçün nə dərəcədə dəyərlidir. İstək öz yerində, meydanda soyuqqanlı davranmağımız çox vacibdir. Biz qətiyyən oyunun nəticəsini düşünməməliyik. Əsas burdakı oyunda məğlub olmamaqdır. Rəqib təhlükəlidir, özünə xas oyun tərzi var. Bizə meydanda yerləşməyə imkan vermirlər. Rəqibin riskə gedəcəyini düşünürük. Sabahkı oyundan qorxmamağa, sona qədər soyuqqanlı davranaraq, ən yaxşısını etməyə çalışacağıq".
Bəhlul Mustafazadə sabahkı oyuna hazır olduqlarını qeyd edib:
"Sabahkı oyunun mahiyyətini anlayırıq. Hazırlıqlarımızı tamamlamışıq, oyuna hazırıq. Komanda şəkkində əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə əldə edək".




