Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 27-si keçiriləcək "Qarabağ" – “Ferensvaroş” oyununa biletlər tükənmək üzrədir.
Offsideplus.az xəbər verir ki, artıq 28 800 bilet satılıb. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç üçün bilet satışı davam edir və qiymətləri 5, 20, 30, 40, 50, 100 və 150 manat təşkil edir.
VVIP C və VVIP D sektoru üçün nəzərdə tutulan biletlərin qiyməti isə 300 manatdır. Bu biletləri əldə edən azarkeşlər VIP Lounge üstünlüklərindən yararlana biləcəklər.
Biletləri aşağıdakı satış məntəqələrindən əldə edə bilərsiniz:
iTicket.az onlayn və fiziki satış məntəqələri;
Park Bulvardakı “Qarabağ” FK Fan-Şopu;
Stadionun kassaları.



