"Qarabağ"ın Çempionlar Liqasının pley-offundakı rəqibi "Ferentsvaroş"un saytındakı Ağdam klubu haqqında açıqlaması təxribata yol açıb.

Offsideplus.az xəbər verir ki, Macarıstan təmsilçisi "Qarabağ"ı Ermənistan klubu adlandırıb. Onlar eyni səhvi 2 dəfə təkrarlayıblar.

Yazının əvvəlində belə qeyd olunub: "Çərşənbə axşamı (19 avqust - red.) Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda öz meydanımızda Ermənistan çempionunu qəbul edəcəyik".

Macarıstan klubu eyni səhvi başlıqda da edib.

Qeyd edək ki, artıq bu səhv aradan qaldırılıb.

(teleqraf.az)