"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacağı rəqib bəlli olub. 

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinə "Ferentsvaroş" rəqib olub. Macarıstan klubu ÇL-nin III təsnifat mərhələsində "Ludoqorets"i mübarizədən kənarlaşdırıb: 3:0. 

İlk oyun avqustun 19-20-də, cavab oyununu isə 26-27 avqust tarixlərində baş tutacaq. 

Qeyd edək ki, Qurban Qurbanovun komandası "Şkendiya"nı iki oyunda məğlub edərək (1:0, 5:1) mərhələ adlayıb.