UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin qarşılaşmaları start götürüb.
Offsideplus.az xəbər verir ki, ilk oyun günündə 13 matç gerçəkləşib.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi
KuPS (Finlandiya) - "Kayrat" (Qazaxıstan) 2:0
"Linkoln" (Gibraltar) - "Srvena Zvezda" (Serbiya) 0:1
"Noa" (Ermənistan) - "Ferentsvaroş" (Macarıstan) 1:2
"Kopenhagen" (Danimarka) - "Drita" (Kosova) 2:0
"Hamrun" (Malta) - "Dinamo" (Kiyev, Ukrayna) 0:3
"Pafos" (Kipr) - "Makkabi Təl-Əviv" (İsrail) 1:1
"Viktoriya Plzen" (Çexiya) - "Servet" (İsveçrə) 0:1
RFS (Latviya) - "Malmö" (İsveç) 1:4
"Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) 1:0 ("Qarabağ" "Şelburn" səddini keçərsə, növbəti mərhələdə bu cütün qalibi ilə oynayacaq)
"Slovan" (Slovakiya) - "Zrinski" (Bosniya Herseqovina) 4:0
"Lex" (Polşa) - "Breydablik" (İslandiya) 7:1
"Reyncers" (Şotlandiya) - "Panatinakos" (Yunanıstan) 2:0
"Riyeka" (Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan) 0:0 ("Qarabağ" ÇL-də uduzarsa, Avropa Liqasındakı rəqibi bu cütün məğlubu olacaq)
Əlavə edək ki, təmsilçimiz "Qarabağ" Çempionlar Liqasında mübarizəyə bu gün qoşulacaq. Ağdam klubu İrlandiya səfərində "Şelburn"u məğlub etməyə çalışacaq.



