UEFA "Real Madrid"in 3 futbolçusu - Kilian Mbappe, Antonio Rüdriqer və Daniel Sebalyosu cəzalandırıb.

Offsideplus.az xəbər verir ki, buna adıçəkilən oyunçuların Çempionlar Liqasının 1/8 final mərhələsində Madrid "Atletiko"suna qarşı "Sivitas Metropolitano" stadionunda keçirilən cavab görüşündə (0:1, penaltilərlə 4:2) yerli azarkeşləri təxribata çəkmələri səbəb olub.

Nəticədə Redriger 40 min, Mbappe 30 min, Sebalyos isə 20 min avro cərimələnib.

Bundan başqa, hər 3 futbolçu UEFA bayrağı altında keçiriləcək yarışlardan 1 oyunluq şərti diskvalifikasiya olunub.