"Mançester Siti"nin oyunçusu Bernardo Silva "Real Madrid"lə Çempionlar Liqası yarımfinal matçından öncə açıqlama verib. 

Offsideplus.az xəbər verir ki, o, "Kral klubu"nun aşağıda adıçəkilən futbolçular olmasa heç bir titula yiylənə bilməyəcəyini söyləyib:

"Modriç, Kroos, Vinisius və ya Benzema "Real Madrid"də olmasaydı, onlar heç nə qazana bilməzdilər. Çünki forma öz-özünə bir şeyə nail olmur".

Qeyd edək ki, "Real" - "Siti" matçı sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.