Dördüncü hakimin Okan Burukun köməkçisi olan Pyer Veboya "zənci" deməsinə görə PSJ - "İstanbul Başakşehir" görüşü yarımçıq dayandırılıb.
Daha doğrusu, Buruk komandasını meydandan çıxarıb.
Offsideplus.az "TRT Spor"a istinadla xəbər verir ki, Türkiyə təmsilçisi bir halda oyunu davam etdirə bilər. Bu haqda klub prezidenti Göksel Gümüşdağ telekanala açıqlamasında deyib:"Dördüncü hakim meydana çıxmasa, oyunu davam etdirəcəyik. Əks halda oynamayacağıq".
Qeyd edək ki, Okan Buruk məlum göstərişi verənə qədər hesab 0:0 idi.


