"Ayntraxt" Bundesliqada ardıcıl 4 turdur qələbə qazana bilmir.

Offsideplus.az xəbər verir ki, onlar son olaraq ötən gecə "Verder"lə heç-heçə edib:

Görüşdən sonra komandanın idman direktoru Markus Kröşe gedişatın belə davam edə bilməyəcəyini deyib:

"Belə davam edə bilmərik".

O, baş məşqçi Dino Topmöllerin postunda qalıb-qalmayacağına isə belə cavab verib:

"Biz indi bunu müzakirə edirik. Bir daha heç vaxt belə bir performans göstərməməliyik".

Qeyd edək ki, "Ayntraxt"ın növbəti matçı Çempionlar Liqasında "Qarabağ"a qarşıdır. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç yanvarın 21-də, saat 21:45-də başlayacaq.