Mahir Emreli 10 matç sonra "Kayzerslautern"də iştirak ərizəsinə salınıb və meydana çıxıb.

Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü "Herta"ya qarşı oyunda şans qazanıb. II Bundesliqanın XXII turu üzrə keçiriləcək oyunda hücumçu 63-cü dəqiqədə meydana daxil olub və 77-ci dəqiqədə zədələnərək meydanı tərk edib. 

Görüş rəqibin 0:1 hesablı qələbəsi ilə yekunlaşıb.