İngiltərədə korladığı nüfuzunu İspaniyada bərpa etməyə çalışan braziliyalı futbolçu Antoni sürpriz təklif alıb.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı futbolçuya Almaniyanın "Bavariya" klubu maraq göstərir.

Münhenlilər hazırda icarə əsasında "Real Betis"də çıxış edən hücumçunu Harri Keynlə birgə ön xətdə oynatmaq niyyətindədirlər.

Ancaq "Real Betis" rəhbərliyi hər cəhdlə Antoninin müqaviləsinin müddətini uzatmağa çalışır.

Braziliya milli komandasının da şərəfini qoruyan istedadlı oyunçu Sevilya təmsilçisinin heyətində 11 matçda 4 qol vurub və 4 məhsuldar ötürmə verib. O, "Mançester Yunayted"də keçirdiyi mövsümün ilk hissəsində cəmi 3 dəfə fərqlənə bilmişdi.  .