"Bayern Munich"in vinqeri Frank Riberi 2013-cü ildə "Qızıl top"a ən layiqli namizəd olduğunu deyib.
Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu "Canal+"un canlı efirində bu barədə danışıb:
"Onu, sanki həmin vaxt məndən oğurladılar. 2013-cü ildə bütün titulları qazanmışdıq. Bundan artığını edə bilməzdim. "Qızıl top"suz qalmağım ədalətsizlik idi. Fransa məni dəstəkləmədi. Özüm şahid olmuşdum ki, fransızlar Ronaldonun qalib gəlməli olduğunu deyirdi. Necə düşünürsüz, portuqaliyalılar Messi və ya Riberinin qalib gələcəyini deyərdi? Əlbəttə ki yox.
Media ilə konflikt? 2010-cu ildə (dünya çempionatından sonra) onlara "günah keçisi" lazım idi. Fransada hər kəs, hətta doğma vlideynlərim də problemin məndə olduğunu düşünürdü. Bəzi fransız KİV-lərinin əməllərini unuda bilmirəm. Bu çapıq həmişəlik məndə qalacaq".