Münhen "Bavariya"sının baş məşqçisi Hans Diter Flik mövsümün sonunda vəzifəsindən ayrılacaq.
Offsideplus.az "Sky Sports"a istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis qərarını artıq rəhbərliyə bildirib.
Təcrübəli çalışdırıcı PSJ-yə Fransadakı 0:1 hesablı məğlubiyyətdən sonra Bundesliqa təmsilçisi ilə müqaviləsinə xitam verəcəyini deyib.
Qeyd edək ki, 2019-cu ildən "Bavariya"nın "sükanı arxasında" olan Flik bu komandayla Çempionlar Liqasını, Bundesliqanı, UEFA Superkubokunu, Klublararası dünya çempionatını və Almaniya superkubokunu qazanıb.