"Bavariya" klublararası dünya çempionatının finalında "Tiqres"i məğlub etməklə (1:0) növbəti titulunu qazandı.
Bununla da Münhen təmsilçisinin 2020-ci təqvim ili üzrə əldə etdiyi titulların sayı 6-ya çatdı.
Offsideplus.az xəbər verir ki, uğurların sıralanmasına ən çox sevinən baş məşqçi Hansi Flikdir. "Bavariya" bu məşqçinin rəhbərliyi altında ölkə çempionluğu (2019-20). ölkə kuboku (2019-20), ölkə Superkuboku (2020-21), Çempionlar Liqası (2019-20), UEFA Superkubokunun (2020-21) ardınca klublararası dünya çempionluğu (2020-21) qazanmaqla titulların sayını 6-ya yüksəltdi.
Maraqlısı bilirsiz nədir? "Bavariya"nın bu məşqçinin rəhbərliyi altında titul sayının məğlubiyyət sayından az olması. Belə ki, Flikin dönəmində münhenlilər 68 oyunda 58 qələbə qazanıb, 5 dəfə bərabərə qalıb və cəmi 5 oyunda məğlub olub. Top fərqində də fantastik göstərici var: 205-62.
Flik bir mövsümdə titul sayının məğlubiyyət sayını üstələməsi göstəricisində Avropa futbolunda ilkə imza atmış oldu.