"Bavariya" iki vacib futbolçunun xidmətindən məhrum olub.

Offsideplus.az "Bild"ə istinadla xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hans Flik açıqlama verib. Təcrübəli mütəxəssis bunları deyib: "Leon Qoretska ilə Xavi Martines koronavirusa yoluxublar. Hər ikisinin testinin cavabı müsbət olduğundan, karantinə alınıblar. Qarşıdakı həftələri onlarsız keçirəcəyik. İkisinin birdən sıradan çıxması bizim üçün ciddi itkidir".

Qeyd edək ki, Qoretska cari mövsümdə 20 oyunda 5, Martines isə 18 matçda 1 qol vurub.