Bundesliqa təmsilçisi "Dortmund"da çıxış edən Erlinq Haland 15-16 yaşında musiqi qrupunda çıxış edib.
Offsideplus.az xəbər verir ki, "FlowKingz" adlı qrupun üzvü olan Haland dostları ilə birlikdə rep ifa edib. Belə ki, gənclər 2016-cı ildə "Kygo jo" adlı mahnını "Youtube" platformasında işıq üzünə çıxarıblar.
Həmin mahnını sizlərə təqdim və 20 yaşlı hücumçunun yaxşı ki, futbolçu olmaq qərarına gəldiyinə şükürlər edirik: