Ceydon Sanço haqqında gəzən transfer söz-söhbətlərinə ayrınlıq gətirib.
Offsideplus.az xəbər verir ki, oyunçu hazırkı klubu "Borussiya Dortmund"u tərk etməyə hazırlaşmır. "Dortmund"da qalmağa qərarlı olan Sanço ən azı bir mövsüm daha klubda çıxış edəcək.
Jurnalistlərin "Həmişə adınız Premyer Liqa klubları ilə hallanır. Bunun bitməsini istədinizmi?" sualına Sanço belə cavab verib:
"Xeyr, mətbuat həmişəki kimidir. Həmişə bir hekayə yaratmağa çalışacaqlar, amma əsas məsələ bunu necə həll edəcəyinizdədir. Mən sadəcə futboluma diqqət verirəm. Komandam üçün əlimdən gələn hər şeyi etməyə və günün sonunda titullar qazanmağa çalışıram".