"Bayern Munchen"in yarımmüdafiəçisi Frank Riberi Çempionlar Liqasının 1/4 finalında "Sevilla" üzərində qazanılan qələbə ilə bağlı fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, fransalı havbek cavab oyununa arxayın çıxmayacaqlarını qeyd edib.
"Matça yaxşı başladıq, amma 10 dəqiqədən sonra oyun nizamı biraz pozuldu. Hücumda pis oynayırdıq. Fasilə zamanı məşqçi bunu dedi. İkinci hissədə, həqiqətən, yaxşı oyun göstərdik. Sevilyada qalib gəlmək mühüm idi. Rəqib inadkar oynadı. Lakin hesabda geri düşəndən sonra lazımi reaksiya göstərdik. Eyni tempdə davam etməliyik. Çempionlar Liqasında səhvlər buraxmaq olmaz. Yarımfinala çıxdığımızı düşünməyə haqqımız yoxdur".