“Bavariya” klubu yeni baş məşqçinin adını açıqlayıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Münhen təmsilçisini Hansi Flik çalışdıracaq. “Bavariya”da köməkçi məşqçi olan Flikin qış fasiləsinə qədər komandada baş məşqçilik edəcəyi bildirilir.
Flik Niko Kovaçın istefasından sonra müvəqqəti olaraq komandaya baş məşqçilik edirdi. “Bavariya” 54 yaşlı mütəxəssisin rəhbərliyi ilə çıxdığı 2 oyunda da qələbə qazanıb.