Fransalı oyunçu əsəblərini cilovlaya bilməyib.
Offsideplus.az xəbər verir ki, “Bavariya” komandasının fransalı ulduz oyunçusu Frenk Riberi futbol mütəxəssisini döyüb. Buna səbəb Bundesliqanın son turunda “Dortmund” məğlubiyyətindən sonra “BeIN SPORT” kanalında ekspert kimi çalışan sabiq futbolçu Patrik Juillonun onu sərt şəkildə tənqid etməsi olub.
Əvvəlcə futbolçunun həyat yoldaşı “instagram” hesabından P.Juillonun bu fikirlərinə təpki göstərərək onun boş danışmaqda ittiham edib. Sonra isə o, bu barədə F.Riberiyə məlumat verib. Fransalı futbolçu stadionun çıxışında P.Juillonu ilə qarşılaşaraq əvvəlcə onunla söz davasını çıxıb. Daha sonra tərəflər arasında gərginlik artdığı və Riberinin ona fiziki təzyiq etdiyi bildirilib.
“Bavariya”ın idman direktoru Hasan Salihamidic gərginliyin baş veridyini təsdiqləyib və yaxın günlərdə tərfələrin bir araya gələrək məsələni həll edəcəyini söyləyib.