Azərbaycan millisinin kapitanı Amil Həmzəyev Şimali Makedoniyaya qarşı oyundan sonra şərhlərə sərt münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, basketbolçumuz bu sözləri deyib:
"Sosial şəbəkələri biz də izləyirik, Şimali Makedoniyaya qarşı oyundan sonra bəzi şərhlər, bəzi müsahibələr gördük. Kobud da olsa deyəcəm, önəm verdiyimiz insanlar deyil. Bir məsəl var, milçək də balacadır, amma könül bulandırır. Köhnə milli komandanın baş məşqçisindən məncə uyğunsuz müsahibələr vardı. Vaxtilə öz rəhbərliyi altında komandası 67 xal fərqlə uduzan baş məşqçi 38 xalla məğlub olan məşqçini tənqid edirsə, bunu necə adlandırmaq olar?! Yıxılana balta vurmaq istəyən çox idi. Bu gün ən azından layiqli mübarizə apardıq. Makedoniyaya qarşı matç bizdə özgüvəni itirmişdi. Oyunun əvvəlində sanki hesab 0:10 olanda oyunu hiss etmirdik. Öz meydanımız olduğuna görə, azarkeşlərin göstərdiyi dəstəyə görə meydançada vuruşduq. Gələn hər kəsə, ailələrimizə, dostlarımıza, basketbolsevərlərə, komanda yoldaşlarımıza təşəkkür edirəm. Emin Əmrullayev oyundan əvvəl bizimlə görüşdü, dəstək oldu. Bu oyun oyanmağımıza səbəb oldu, düşünürəm ki, növbəti matçlarda daha sağlam mübarizə aparacağıq".
Qeyd edək ki, Azərbaycan milli komandası ilk görüşdə səfərdə Şimali Makedoniyaya məğlub olub (49:87). Bu matçdan sonra yığmamızın sabiq baş məşqçisi Elxan Əliyev İdman.biz saytına açıqlamasında millinin çıxışını tənqid edib.
View this post on Instagram



