Azərbaycanın kişilərdən ibarət basketbol yığması 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Lüksemburqa 90:95 hesabı ilə uduzub.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Amil Həmzəyev oyunla bağlı bu sözləri deyib:
"Makedoniyada oyunu pis oynadıq. Bu oyunda da bu hiss olunurdu. Xarici oyunçunun qatqısı ilə də yaxşı çıxış etdik. Bu enerji ilə qalib gələ bilərdik. Özümüzə qayıtdıq. Növbəti oyunlarda daha yaxşı olacağıq".



