Azərbaycanın kişilərdən ibarət basketbol yığması 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Lüksemburqa 90:95 hesabı ilə uduzub. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında komandamızın baş məşqçisi Tahir Baxşıyev və kapitan Amil Həmzəyev media önünə çıxıb. Əvvəlcə T.Baxşıyev matçla bağlı fikirlərini bölüşüb: 

"Şimali Makedoniya ilə oyun istədiyimiz kimi olmadı. Sanki hərə özü üçün basketbol oynayırdı. Ondan sonra özümüzə qayıtmaq çətin idi. Komanda bu gün 3 və 4-cü periodda özlərini toparladı. Qalib gəlmək istəyirdik. Çalışacağıq ki, növbəti dəfə daha yaxşı oyun göstərək".