Los Angeles Lakers klubunun ulduzu Lebron Ceyms cari mövsüm ilk oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, bununla da 40 yaşlı basketbolçu NBA-də 23 fərqli mövsümdə korta çıxan ilk oyunçu olub.
O, Vins Karterı geridə qoyub.
L. Ceyms 2003-cü ildən liqadadır. O, 4 dəfə çempionluq sevinci yaşayıb.
Təcrübəli basketbolçu NBA tarixinin ən çox xal atan oyunçusudur.



