Azərbaycan Basketbol Liqasında (ABL) VI turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, bu gün yeganə qarşılaşma Gəncə Olimpiya İdman Kompleksində baş tutub.

"Gəncə" NTD-ni qəbul edib və 90:78 hesabı ilə qalib gəlib.

A qrupunda mübarizə aparan komandalardan "Gəncə"nin 7, NTD-nin isə 6 xalı var.