"Sabah" klubu bu gün FIBA Çempionlar Liqasında ilk oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, "bayquşlar" Çexiyada "Nimburk"un qonağı olub.

Görüş rəqibin qələbəsi ilə başa çatıb - 93:65.

"Sabah" ikinci oyununa oktyabrın 15-də keçirəcək. Onlar bu dəfə Bakıda "Alba Berlin"i qəbul edəcək.

FIBA Çempionlar Liqası

B qrupu, I tur

20:30 "Nimburk" - "Sabah" 93:65

(25-23, 20-11, 22-13, 26-18)