“Ümid edirəm ki, növbəti oyunda da müsbət nəticə əldə edə biləcəyik”.

Bunu Offsideplus.az saytına açıqlamasında oğlanlardan ibarət  3x3 basketbol üzrə U-17 Azərbaycan milli komandasının üzvü Hüseyn Qaflanov deyib.

O, III MDB Oyunları çərçivəsində Tacikistan milli komandası üzərində qazandıqları qələbə haqqında danışıb: “Oyun yaxşı keçdi. Xüsusilə də, müdafiədə yaxşı oynadıq. Bəzi atışlar alınmasa da, ümumi gedişat pis deyildi. Məsələn, mən daha da yaxşı oynaya bilərdim.Uzaqdan bəzi atışlar alınmasa da, yaxından daha uğurlu alındı”.

Qaflanov komandanın yarışa yaxşı hazırlaşdığını vurğulayıb: “Artıq iki həftədir ki, bu turnir üçün intensiv şəkildə məşq edirik. Rəqiblar arasında ən güclüləri Rusiya və Belarusiya komandalarıdır. Digər komandalarla da maraqlı oyun keçəcəyini düşünürəm”.

Qeyd edək ki, yığmamız Tacikistan komandası üzərində 18:6 hesabı ilə qələbə qazanıb.