"Abşeron Lions" basketbol klubu FIBA Avropa Kubokunun qrup mərhələsinə vəsiqə qazanıb. 

Offsideplus.az xəbər verir ki, təmsilçimiz cavab oyununda "Anortosis"ə 77:60 hesabı ilə uduzsa da, əsas mərhələyə vəsiqəni əldə edib. 

Qeyd edək ki oyunun ümumi hesabı nəzərə alınmaqla yanaşı, FIBA Avropa Kubokunun reqlamentinə görə əlavə qayda var: ən yaxşı fərqlə uduzan komanda (“uğursuz-uğurlu” adlanır) qrup mərhələsinə vəsiqə qazanır.

Absheron Lions ilk oyunu +16 xal fərqi ilə qazanmış, cavab oyununda isə -17 xal uduzmuşdu. Ümumi hesabda 149–150 geridə qalsalar da, bütün təsnifat mərhələsində ən yaxşı nəticə ilə uduzan komanda olduqları üçün məhz bu qaydaya əsasən qrup mərhələsinə yüksəliblər.

7 oktyabr

FIBA Çempionlar Liqası, B qrupu

20:30  "Nimburk" - "Sabah"

15 oktyabr

FIBA Avropa Kuboku, I qrupu

21:00  "Sopot" - "Neftçi" 

20:00 "Kalev" - "Abşeron Lions"