"Absheron Lions" bu gün FIBA Avropa Kubokunun təsnifat mərhələsində cavab qarşılaşmasına çıxacaq.
Offsideplus.az xəbər verir ki, rəqib Kiprin "Anortosis" klubudur.
"Absheron Lions" ilk görüşdə 89:73 hesabı ilə qalib gəlib.
Onlar bu oyundan qələbə və ya 16 xaldan daha az fərqlə məğlubiyyətlə ayrılarsa, Avropa Kubokunun əsas mərhələsindı çıxış edəcək. Bu, klub tarixində ilk belə hal olacaq.
Görüş İdman TV vasitəsilə canlı yayımlanacaq.
FIBA Avropa Kuboku, cavab oyunu
20:00 "Anortosis" - "Absheron Lions"
İlk matç: 73-89



