3x3 basketbol üzrə Azərbaycan milli komandasının üzvü Aleksi Mollenhauer "Qadın Seriyası Səbail"də Niderlanda qarşı yarımfinal görüşündən sonra azbasketbol-a açıqlama verib. 

Offsideplus.az xəbər verir ki, yığmamızın üzvü turniri dəyərləndirib:

"Evdə oynamağı sevirik, Bakıda azarkeşlərimiz önünə çıxmaq həmişə bizim üçün özəldir. Zədələrimiz vardı. Bizim üçün çox çətin keçdi. Tanya (Deniskina Tatyana) ilə qürur duyuram. Meydana çıxdı və bizə çox yardımı dəydi. Məncə, hamımız yorğun idik. Niderland yaxşı komandadır, dünya kubokunu qazanıblar, avropa kubokunda bizə qarşı oynadılar". 

- Yeri gəlmişkən, federasiya daha əvvəl Bakıdakı keçmişin barədə video paylaşmışdı. Keçmiş ünvanına yaxın yerlərdə oynadın... 

- Bəli, dünən Dina ilə bunu danışırdım. Bu küçələrdə - Fəvvarələr Meydanında ailə şəklim var. O vaxt 12 yaşım var idi. Ona görə də burada oynamaq xüsusidir. Bunun üçün minnətdaram.

View this post on Instagram

A post shared by azbasketbol (@azbasketbol)

View this post on Instagram

A post shared by azbasketbol (@azbasketbol)