Qazaxıstanın Atrau şəhərində 14 yaşa qədər oğlan basketbolçular arasında təşkil olunan "Airom Cup" beynəlxalq turniri yekunlaşıb.
Offsideplus.az xəbər verir ki, yarışa qatılan Azərbaycan yığması çempion tituluna layiq görülüb.
U-14 milli komandamız finalda Gürcüstanın "Kutaisi" komandası ilə qarşılaşıb.
Daha yaxşı təsir bağışlayan basketbolçularımız 64:41 hesabı ilə qalib gələrək "Airom Cup"ın qalibi olublar.