Bu gün 18 yaşadək qızlardan ibarət basketbol yığmamızın Belarusun paytaxtı Minsk şəhərində baş tumuş təlim-məşq toplanışı yekunlaşıb.

Offsideplus.az xəbər verir ki, təlim-məşq toplanışında qızlarımız yerli klublara qarşı 6 yoxlama oyununda öz güclərini sınaqdan keçiriblər.

Azərbaycan U-18 - "Rquor" (84-39)

Azərbaycan U-18 - "Rquor 2" (80-30)

Azərbaycan U-18 - "Horizont" (40-68)

Azərbaycan U-18 - "Horizont" (53-65)

Azərbaycan U-18 - "Viktoriya" (49-53)

Azərbaycan U-18 - "Viktoriya" (62-68)

Qeyd edək ki, Minsk toplanışında əsas məqsəd 4-13 iyul Litvanın Alitus və Vilnüs şəhərlərində baş tutacaq Avropa çempionatı "B" divizionunun oyunlarına hazırlaşmaq olub.