Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət basketbol üzrə milli komandası (U16) Türkiyənin Bursa şəhərində təlim-məşq toplanışına başlayıb.
Offsideplus.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığmamız hazırlıq prosesi çərçivəsində yerli "Tofaş" klubu ilə yoxlama görüşü keçirib.
Basketbolçularımız türk həmyaşıdlarına 44:71 hesabı ilə məğlub olublar.
Təlim-məşq toplanışında əsas məqsəd 5-13 iyul aralığında Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa çempionatının "C" divizionunun oyunlarına hazırlaşmaqdır.