Azərbaycanda ilk dəfə olaraq 3x3 basketbol üzrə Dünya Kubokunun seçmə mərhələ oyunları baş tutub.

Offsideplus.az xəbər verir ki, yarışda kişi və qadınlar üzrə toplam 12 milli komanda iyunda Monqolustanda keçiriləcək Dünya Kubokuna vəsiqəni uğrunda mübarizə aparır.

Kişilərdən ibarət Azərbaycan milli komandası B qrupunda Kanada və Böyük Britaniya yığmalarına məğlub olub. 

Qeyd edək ki, ölkəmizin ilk dəfə ev sahibliyi etdiyi 3x3 basketbol üzrə Dünya Kubokunun seçmə mərhələ qarşılaşmaları "SeaBreeze"də keçirilir. 

Kişilər

Qrup A: 16:50 Monteneqro - Ruanda 21:13

Qrup B: 17:15 Kanada - Böyük Britaniya  21:14

Qrup A: 18:40 Monteneqro - İran 21:14

Qrup B: 19:05 Kanada - Azərbaycan 22:7

Qrup A: 20:30 Ruanda - İran 21:18

Qrup B: 20:55 Böyük Britaniya - Azərbaycan 21:12