"Burda əməyi keçən hər kəsə səviyyəli keçən mövsümə görə təbrik ünvanlayıram".

Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycan Basketbol Federasiyasının idman direktoru Turgay Zeytingöz 2024-25 illər mövsümü barədə danışarkən deyib. O, ölkə çempionatında cari mövsümün daha səviyyəli keçdiyini bildirib:

"Məncə, səviyyəli, izlənilməsi zövq verən bir liqa oldu. Final seriyasında ümumi hesabın 3:3 olması, 7-ci qarşılaşmanın keçirilməsi yaxın idi. Bu mübarizəyə görə başda "Sabah" klubu olmaqla, "Neftçi"ni və digər klubları təbrik edirəm. Ölkə çempionatının keyfiyyətinin artması ilə hər kəsin bir az daha basketbol barədə danışıb, düşündüyü bir mövsümü geridə qoyduq. Ümid edirəm ki, gələn il daha səviyyəli və Avropada klublarımızın mübarizə aparacağı, uğur aparacağı bir mövsüm olar".

O, növbəti mövsüm avrokuboklarda 3 klubun iştirakının mümkünlüyünü dəyərləndirib:

"Bu məsələ ilə bağlı müzakirələr aparırıq. Yaxın zamanda neçə komanda ilə avrokuboklara qatılacağımız bəlli olacaq. Hazırda bir şey dəqiqləşmədən bir açıqlama vermək düzgün olmaz, lakin mən birdən çox komanda ilə avrokuboklarda iştirak edəcəyimizi düşünürəm".

Qeyd edək ki, NTD Azərbaycan Kubokunun qalibi, "Sabah" isə finalda "Neftçi"ni məğlub edərək ölkə çempionu olub.

Xatırladaq ki, 2023-24 mövsümündə avrokuboklara 3 klub ("Sabah", "Neftçi", "Xəzri") vəsiqə qazansa da, maliyyə problemləri səbəbindən "Neftçi" və indiki adı ilə "Naxçıvan" ("Xəzri") iştirak edə bilməmişdi.

View this post on Instagram

A post shared by azbasketbol (@azbasketbol)