"Neftçi" basketbol klubu amerikalı legioneri De Ancelo Stüart ilə yollarını ayırdığını rəsmən açıqlayıb.

Offsideplus.az xəbər verir ki, basketbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

"Neftçi" göstərdiyi xidmətlərə görə De Ancelo Stüarta təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Stüart komandann aparıcı oyunçularından idi.