ABL-nin 1/4 finalı üzrə ilk oyunda "Ordu" "Neftçi"yə 93:84 hesabı ilə qalib gəlib.
Offsideplus.az xəbər verir ki, "Ordu"nun baş məşqçisi Alberto Blanko məğlubiyyəti belə şərh edib:
“İlk olaraq “Neftçi” komandasını qələbə münasibətilə təbrik edirəm. Biz oyuna yaxşı başladıq və böyük fasiləyə kimi yaxşı oynadıq. Xüsusilə lazımı tempi qoruyaraq həm müdafiədə, həm də hücumda yaxşı işlər gördük. Biz oyunu 3-cü periodda uduzduq. Çünki müdafiəmizin çoxlu səhvləri hesabına rəqib 38 xal qazandı. Bununla belə 10 xal geridə olmağımıza baxmayaraq komanda ruhdan düşmədi və son saniyələrə qədər qələbə üçün mübarizə apardı. Mən komandanın göstərdiyi oyundan, əzmkarlığından razı qaldım. Buna görə də oyunçularımı belə performansa görə təbrik edirəm. Məğlubiyyətə görə üzülürük, çünki qələbəyə layiq idik”.
Qeyd edək ki, komandalar arasında cavab oyunu aprelin 21-də olacaq.



