Azərbaycanın 15 yaşadək 3x3 basketbolu üzrə milli komandaları Serbiyaya yollanıblar.

Offsideplus.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, məqsəd Gimnaziadada iştirak etməkdir.

Səfərə həm oğlan, həm də qızlardan ibarət yığmalarımız çıxıblar.

Rəvan Məmmədyarov, Yunis Gəncəliyev, Faiq Kərimov və Tunar Hacızadə ibarət oğlanların komandasına Zaur Paşayev rəhbərlik edir. Tatyana Deniskinanın çalışdırdığı qızlar yığmasının heyətinə isə Aylin Niftəliyeva, Aylin Əkbərzadə, Nəzrin Almazova və Günel Məmmədli daxildir. 

Gimnaziada 4-14 aprel aralığında Serbiyanın Zlatibor şəhərində keçiriləcək.