Nikola Yokiç ötən gecə Utah Jazz-a qarşı keçirilən oyunda möhtəşəm çıxış edib.

Offsideplus.az xəbər verir ki, onun ikinci periodun son saniyələrində öz sahəsindən – təxminən 19 metr uzaqlıqdan – möhtəşəm üç xallıq atışı uğurlu olub.

Bu atış Yokiçin bu mövsümdəki ikinci uzun məsafəli buzzer-beateri olub. Daha əvvəl o, Sacramento Kings-ə qarşı 20 metr uzaqlıqdan oxşar bir atış etmişdi.

Qeyd edək ki, Yokiç 27 xal, 14 ribaund və 6 asistlə komandasına liderlik edib. Denver Nuggets isə Utah Jazz üzərində 129-93 hesablı qələbə qazanıb.

Yokiçin atışını sizə təqdim edirik: