"Memfis Qrizzlis" baş məşqçisi Teylor Cenkinslə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klub rəsmi saytından açıqlama verib.
Cenkins 2019-cu ildən NBA komandasını çalışdırırdı. "Ayılar" onun rəhbərliyi altında 464 oyunun 250-də qələbə qazanıb.
"Memfis Qrizzlis" hazırda 44 qələbə ilə Qərb konfransında 4-cü yeri tutur.